Qırğız Respublikasının Xarici İşlər Nazirliyi Tacikistanla sərhəddəki münaqişəyə görə bu ölkənin Bişkekdəki səfiri Olimzoda Suxrob Hocaya etiraz notası təqdim edib.

Bu barədə XİN-in Mətbuat xidmətindən bildiriblər.

Qırğız tərəfi vəziyyətin daha da gərginləşməməsi, hadisənin birgə araşdırılması və günahkarların məsuliyyətə cəlb edilməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsi tələbi ilə Tacikistana müraciət edib.

Xatırladaq ki, dünən Qırğız Respublikası-Tacikistan sərhədində qeyd olunmayan sahədə tikinti işləri səbəbi ilə silahdan istifadə edilməklə insident baş verib. Qırğız sərhədçi ölüb, hər iki tərəfdən 10 nəfərdən çox insan yaralanıb. İki ölkənin hərbçiləri arasında atışma bir neçə saat davam edib.

İstinadlar Report