Qırğız Respublikasının hüquq-mühafizə orqanları sabiq prezident Almazbek Atambayevə qarşı iki yeni ittiham irəli sürüb. Bu, ötən ilin oktyabr ayında Bişkek şəhərində kütləvi iğtişaşların təşkili və hakimiyyəti zorla ələ keçirməyə cəhd göstərməkdir.

Bu barədə sabiq dövlət başçısının vəkili Sergey Slesarev məlumat verib.

Vəkil bildirib ki, iğtişaşların ilk günlərində sabiq prezident həbsxanada olduğundan fikizi olaraq iğtişaşların təşkilində iştirak edə bilməzdi.

İstinadlar Report