Sabiq prezident Almazbek Atambayev Qırğız Sosial Demokrat Partiyasının (SDPK) sədri vəzifəsindən istefa verib.

Bu barədə TASS-a SDPK nümayəndəsi Kunduz Joldubayeva bildirib.

Partiya nümayəndəsinin sözlərinə görə, A.Atambayev ölkədə sabiq dövlət başçılarına dövlət və ya siyasi vəzifələr tutmağı qadağan edən “Prezidentin fəaliyyətinin təminatları haqqında” yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar partiya sədri vəzifəsindən gedib. Əks təqdirdə onlar toxunulmazlıqdan məhrum olacaqlar.

İstinadlar Report