Qırğız Respublikasının parlamenti ölkənin keçmiş prezidenti Almazbek Atambayevin toxunulmazlığını ləğv edib.

Məlumatı qanunverici orqanın Mətbuat xidməti yayıb.

Onun keçmiş dövlət başçısı kimi toxunulmazlıq statusunun ləğv edilməsi haqqında qanun layihəsinin lehinə 110 deputatdan 103-ü səs verib.

Qeyd edək ki, A.Atambayev 2011-2017-ci illərdə prezident olub. Ölkənin Baş Prokurorluğu onun prezident olarkən fəaliyətində korrupsiya əlamətləri aşkarlamışdı.

İstinadlar Report