“Bişkekin bütün rayonlarının adlarının dəyişdirilməsi lazımdır, Qırğızıstanın bəzi yaşayış məntəqələri hələ də başqa dillərdə adlar daşıyır”.
Bunu Qırğız Respublikası parlamentinin sədri Nurlan Şakiyev noyabrın 25-də Bişkekdə keçirilən Ümumxalq qurultayındakı çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Qırğızıstanda dövlət dilinin inkişafı və tətbiqi ilə bağlı planlar hələ tam yerinə yetirilməyib.
Məlumata görə, Qırğızıstan parlamentinin deputatları da bundan əvvəl analoji təşəbbüslə çıxış edərək Bişkekin bütün rayonlarına qırğız adlarının verilməsini təklif etmişdilər. Bildirilib ki, hazırda ölkə paytaxtında Leninski, Pervomayski, Oktyabrski və Sverdlovski adında rayonlar var.