Qəzzada fələstinli uşaqların poliomielit xəstəliyinə (sinir sistemini zədələyə, əzələlərin iflicinə gətirib çıxara və ölümlə nəticələnə bilən yoluxucu xəstəlik-red) peyvənd edilməsi kampaniyası yenidən başlayıb.
Lakin nümayəndə qeyd edib ki, vaksinasiya kampaniyasının keçirilməsi üçün zəruri olan humanitar fasilə yalnız Qəzza şəhərində qüvvədədir. Nəticədə, şəhərdən kənarda olan 15 minə yaxın 10 yaşınadək uşaq peyvənd edilə bilməz, bu da kampaniyanın effektivliyini azaldır.
Ərazidə təxminən 119 min uşaq peyvənd olunmalıdır.
Qəzza zolağında poliomielitə qarşı peyvəndin birinci mərhələsi sentyabrın ilk yarısında, ikinci mərhələsi isə oktyabrda keçirilib. Üçüncü peyvəndlənmə 23 oktyabrda başlamalı idi, lakin gərginlik, bombardman və zəmanətli humanitar fasilələrin olmaması səbəbindən təxirə salınıb.