
2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağında ölən fələstinlilərin sayı 38 443 nəfərə yüksəlib.
Bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bu dövr ərzində ümumilikdə 88 481 nəfər yaralanıb.
Məlumata görə, son 24 saat ərzində 61 nəfər ölüb, 129 nəfər yaralanıb.