Qəzza zolağında gərginliyin artmasından bəri bu Fələstin anklavından 11 mindən çox misirli və digər dövlətlərin vətəndaşları Misirə təxliyə edilib.

Bu barədə Misir dövlət informasiya xidmətinin rəhbəri Diya Raşvan məlumat verib.

Onun sözlərinə görə, Qəzza zolağından 11 067 misirli və xarici vətəndaş təxliyə olunub.

O əlavə edib ki, Misir hakimiyyəti Qəzza ilə sərhəddə mülki şəxslərin keçməsi və humanitar yüklərin çatdırılması üçün “Rəfah” keçid məntəqəsini açıq saxlayır.

İstinadlar Report