Qəzzada keçirilən etiraz aksiyası İsrail hərbçiləri tərəfindən dağıdılıb.

Bu barədə Fələstinin Səhiyyə Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, aksiyanın dağıdılması zamanı beş fələstinli xəsarət alıb. Zərərçəkənlərin sağlamlıq durumu barədə məlumat verilmir.

Fələstinlilər 2018-ci ilin 30 martından “Böyük qayıdış marşı” aksiyaları keçirirlər. Aksiyaların gedişatında bu günə kimi 200-dən çox fələstinli həlak olub.

İstinadlar Report