Qəzzanın şimalında son həftələrdə 130 mindən çox sakin evlərini tərk etmək məcburiyyətində qalıb.
Bunu BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Yaxın Şərq üzrə rəhbəri Filip Lazzarini deyib.
Onun sözlərinə görə, Qəzza zolağının ən azı 1 milyon sakini soyuq qış havalarında qorumaq üçün lazımi sığınacağa malik deyil.