Ötən ilin oktyabrında anklavda hərbi əməliyyatlara başlayandan indiyədək İsrailin hərbi əməliyyatları nəticəsində Qəzza zolağında 44 min 200-dən çox fələstinli həlak olub.

Bu barədə Fələstinin Səhiyyə Nazirliyi teleqramda bildirib.

“İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatlar nəticəsində ölənlərin sayı 2023-cü ilin oktyabrından bugünədək 44 211 nəfərə yüksəlib, daha 104 567 nəfər yaralanıb”, – deyilir.

İstinadlar Report