İsrail hərbçiləri Qəzza zolağından buraxılan üç raketi aşkar edib və onun ikisini vurublar.

Bu barədə xəbəri İsrail ordusu yayıb.

Qeyd olunub ki, raketlər “Dəmir Qübbə” raket əleyhinə müdafiə sistemi tərəfindən məhv edilib.

Xəsarət alanlar barədə məlumat verilmir.

Raket atəşləri 25 min nəfərin yaşadığı Sderota şəhəri və ətraf rayonlarda həyəcan siqnallarının işə düşməsinə səbəb olub.

İstinadlar Report