Qəzza zolağından İsrailə 580-dən çox raket atılıb.

Bu barədə İsrail Ordusu məlumat yayıb.

Hesablamalara görə, “İslami Cihad” terrorçuları cümə günündən bu günə kimi 580-dən çox raket atıblar. Bunlardan 470-i İsrail ərazisinə çatıb, 120-si Qəzza zolağına düşüb.

Bəzi raketlər İsrail yaşayış məntəqələri ərazisində partlayıb. Ölən və yaralananlar barədə məlumat verilmir.

İstinadlar Report