“Qəzza zolağında hər gün orta hesabla 67 uşaq ölür”.
Onun sözlərinə görə, yalnız son günlər İsrail ordusu agentliyin iki məktəbinə hücum edib. Nəticədə 17 nəfər həlak olub, çoxlu sayda insan yaralanıb.
Bundan başqa Fələstin anklavının mərkəzi və cənub bölgələrində ehtiyacı olanlara gündəlik 400 minə yaxın yemək paylayan 100-dən çox mətbəxin qida çatışmazlığı səbəbindən bağlanma riski ilə üzləşib.Dərman və gigiyena vasitələri olan 40-a yaxın yük maşını Qəzzaya daxil olmaq üçün Misir və İordaniya sərhədlərində gözləyir.