Qəzza sektorunda İsrail hərbçiləri ilə toqquşmalar zamanı 122 fələstinli xəsarət alıb.

Bu barədə “Maan” informasiya agentliyi sahilyanı anklavın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, 50-dən çox yaralı odlu silahdan açılan atəş zamanı xəsarət alıb. Onlar arasında 3 tibb işçisi də var.

Məlumata görə, sektorun bir neçə yüz sakini cümə duasından sonra 71-ci “Qayıdış marşı”na çıxıblar. Onlar İsraillə sərhədə gəliblər. İsrailin hərbi qulluqçuları sərhəd xəttində onlara yaxınlaşan fələstinlilərə qarşı gözyaşardıcı qaz tətbiq ediblər və atəş açıblar.

İstinadlar Report