
Qəzza zolağında atəşkəs razılaşması üç mərhələdən ibarət olacaq, birincisi mərhələ yanvarın 19-da qüvvəyə minəcək və 42 gün davam edəcək.
Bu barədə Qətər, Misir və ABŞ-nin təmsil olunduğu Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında aparılan danışıqlarda iştirak edən vasitəçilərin bəyanatında deyilir.
“Misir ərəb Respublikası, Qətər Dövləti və Amerika Birləşmiş Ştatları Qəzzadakı münaqişə tərəflərinin girovların məhbuslara dəyişdirilməsi və davamlı sabitliyə qaytarılması barədə razılığa gəldiklərini elan edirlər – bununla da tərəflər 19 yanvar 2025-ci ildə qüvvəyə minən daimi atəşkəs barədə razılığa gəldilər”, – sənəddə deyilir.