Qəzza sektorunda vəziyyətin nizamlanmasına dair birbaşa olmayan danışıqlarda Fələstin qruplaşmaları tərəfindən anklavda saxlanılan israilli girovların gələn ay azad edilməsi barədə razılıq əldə olunub.

Bu barədə HƏMAS-a yaxın olan “Maan” agentliyi məlumat yayıb.

Bildirilib ki, may ayında eyni zamanda ABŞ vətəndaşlığı olan İden Aleksandr da daxil olmaqla israilli girovların azad edilməsi barədə prinsipial razılıq var.

İstinadlar Report