Bu gün Qara dənizə düşən Rusiyaya məxsus “TU-154” tipli təyyarə Bakıda eniş etməli imiş

Bu barədə “Exo Moskvı” radiosu məlumat yayıb.
Təyyarənin pilotları İraqın hava məkanına daxil olmaqdan çəkinirmiş və Bakıda yanacaq doldurduqdan sonra İran üzərindən Suriyaya uçuş etmək istəyiblər.
Bildirilir ki, “TU-154” tipli təyyarələrin yanacaq tutumu 3600 kilometrdən artıq uçuşa imkan vermir. Odur ki, Bakıda eniş etmək və burada yanacaq doldurmaq ehtimalı mümkün olub. Lakin sonradan Soçiyə enməklə bağlı qərar verilib.
İstinadlar Lent.az