Nobayrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayan DSX-nin hərbi helikopterinin hansı ildə istehsal olunduğu açıqlanıb.

Bu barədə DSX-nin Aparat rəhbəri general-mayor Elçin İbrahimov açıqlama verib.

Bu barədə haqqın-az-a danışan qurum rəsmisi bildirib ki, bort nömrəsi 20136 olan Mi-17 helikopteri 2012-ci ildə Azərbaycan üçün istehsal olunub və elə həmin ilin dekabrında DSX-nin istismarına verilib:

“Onun istismar müddəti 25 ildir və 2020-ci ilin avqustunda ilkin zəmanət müddətinin bitməsi ilə əlaqədar helikopter plana uyğun əsaslı təmir məqsədilə istehsal olunduğu zavoda göndərilib. Əsaslı təmir 2021-i ilin aprelində başa çatıb və bu, müvafiq şəkildə sənədləşdirilib”.

İstinadlar Qafqazinfo