Tərtərdə qəzaya uğrayan avtomobilə kömək etmək istəyən şəxsi cərəyan vuraraq öldürüb.

Hadisə rayonun Xoruzlu kəndi ərazisində baş verib.

Avtomobil idarəetməni itirərək, elektrik dirəyinə çırpılıb. Bu zaman avtomobilin sürücüsünə və sərnişinlərə kömək etmək edən Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü Quliyev Sənan Aslan oğlunu cərəyan vurub.

O, hadisə yerindəcə həyatını itirib. Faktla bağlı araşdırma aparılır.


İstinadlar APA, Qafqazinfo