
Xəbər verdiyimiz kimi, Bərdədə iki avtomobil toqquşub, hadisə nəticəsində 5 nəfər ölüb.
Məlumata görə, həlak olanlardan biri “Mercedes” maşını ilə toqquşan “Niva”nın sürücüsü Quliyev Ceyhun Akif oğludur.
Məlumata görə, Ceyhun Quliyev ANAMA-nın əməkdaşıdır. O, eyni zamanda Vətən müharibəsi iştirakçısı olub.