İyunun 2-də Tovuzda baş vermiş ağır yol qəzasında itkin düşən 2 nəfərdən birinin meyiti tapılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, Tovuz rayonunun Hunanlar kəndi ərazisində avtomobilin Kür çayına düşməsi nəticəsində batdığı ehtimal olunan 2 nəfərdən birinin meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd olunub ki, onun meyiti avtomobilin çaya düşdüyü yerdən 3 km məsafədə dalğıc-xilasediciləri tərəfindən aşkarlanıb.
Hazırda batdığı ehtimal olunan digər şəxsin axtarışları intensiv şəkildə davam etdirilir.
Əlavə məlumat veriləcək.