Hazırda Heydər Əliyev prospekti-Hava limanı yolunun Bülbülə döngəsi adlanan hissəsində hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. 

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev feysbuk hesabında yazıb. 

O qeyd edib ki, sıxlığa səbəb qeyd olunan ərazidə (Böyükşor yol qovşağı istiqamətində) yol-nəqliyyat hadisəsinin baş verməsidir.

İstinadlar Qafqazinfo