
Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Bu haqda Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Qəza Cəfər Xəndan və İbrahimpaşa Dadaşov küçələrinin kəsişməsində qeydə alınıb.
Qəza nəticəsində 1 ədəd işıqfor obyekti yararsız vəziyyətə düşüb. Qurum tərəfindən sıradan çıxan işıqforun yenisi ilə əvəz edilməsi işləri görüləcək.
