“Qəza enişin yerinə yetirilməsi zamanı baş verdi. Helikopter yerə çırpılanda ikimizi də bayıra atdı. Başqa heç nə yadımda deyil”.

Bu sözləri DSX-nin qəzaya uğramış helikopterindən sağ çıxan hərbçilərdən biri – polkovnik-leytenant Emil Cəfərov “REAL TV”yə müsahibəsində deyib.

“Heç bir məhdudiyyət aşılmamışdı. Helikopterin desant daşıma sayı 24 nəfərdir. Məndə ayağımda əzikdir. Sərnişin kabinəsinin girişinin yanında idim. Heç bir şübhəli məqam yox idi.

Helikopterlərin hər ikisi təzədir. Hər bir şeyi yoxlanılmışdı. Qəza anı mənim üçün saniyələr idi. Küləklə bağlı heç bir məhdudiyyət aşılmamışdı. Proqnoza görə külək günortadan sonra olmalı idi”, – Cəfərov bildirib.