2024-cü ildə Azərbaycanın qeyri-neft-qaz sektorunda fəaliyyət göstərən ƏDV ödəyicilərinin elektron qaimə faktura üzrə rəsmiləşən dövriyyəsi 2023-cü ilə nisbətən 11,4 % çox olub.

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Bakıda keçirilən, “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş “Maliyyə nəzarəti – dövlətin və özəl sektorun konstitusion hüquqlarının qorunmasının təminatçısı kimi” mövzusunda konfransda bildirib.

“Hazırda həmin dövriyyə cəmi ƏDV dövriyyəsində 58 % paya malikdir. Bu da çox yaxşı göstəricidir, sahibkarlıq subyektlərinin uçot sisteminə yanaşmasındakı dəyişikliyi göstərir”, – deyə o qeyd edib.

İstinadlar Report