
İsrail və Fələstinin HƏMAS hərəkatı arasında Qəzza zolağında atəşkəs razılaşmasının icrasının ikinci mərhələsi ilə bağlı danışıqlar yaxın vaxtlarda başlayacaq.
Bu barədə Qətərin Baş nazirinin müşaviri, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib.
“Aydındır ki, biz indi yaxın günlərdə başlayacağına ümid etdiyimiz danışıqların ikinci mərhələsinə hazırlaşmaqla məşğuluq”, – o deyib.
Qətər XİN nümayəndəsi bu məsləhətləşmələrin İsrail və HƏMAS-a anklavın yenidən qurulmasına başlamalı olan sazişin ikinci mərhələsinə keçidə imkan verəcəyinə ümidvar olduğunu söyləyib.