Qətər Qızıl Aypara Cəmiyyəti və Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) arasında Qəzza ilə bağlı müqavilə imzalanıb.

Müqaviləyə əsasən Qətər İnkişaf Fondu İordan çayının qərb sahilində olan Qəzza zolağı sakinlərinə kömək üçün 4,5 milyon dollar ayıracaq.

Ayrılan vəsait Qəzza zolağından olan 4 400 fələstinli işçiyə, eləcə də İordan çayının qərb sahilinə tibbi yardım üçün gələn və evlərinə qayıda bilməyən anklav sakinlərinə dəstək olmaq üçün nəzərdə tutulub.

İstinadlar Report