
Qətər ölkələr arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün Misir iqtisadiyyatına birbaşa 7,5 milyard ABŞ dolları dəyərində sərmayə qoymağa razılıq verib.
Bu barədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani arasında Dohada keçirilən görüşün yekunları üzrə qəbul edilmiş birgə bəyanatda deyilir.
“Tərəflər növbəti mərhələdə Qətərdən 7,5 milyard ABŞ dolları həcmində birbaşa investisiya planının həyata keçirilməsi üzərində işləmək barədə razılığa gəliblər”, – Əs-Sisinin ofisi tərəfindən yayılan sənəddə deyilir.
Qahirənin vəsaitləri nə vaxt alacağı və onların dəqiq necə istifadə ediləcəyi barədə məlumat verilməyib.