
Qətər Livan hökumətinə əhalinin elektrik enerjisi ilə təmin edilməsi probleminin həllində kömək etmək üçün ölkəyə qaz tədarük etməyi planlaşdırır.
Bunu Qətərin hökumət başçısı, xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Al Tani Livan Prezidenti Cozef Aunla danışıqlar zamanı bildirib.
“Zati-aliləri Qətərin enerji daşıyıcılarının tədarükü və elektrik enerjisi istehsalı üçün qaza olan ehtiyaclarının ödənilməsi yolu ilə Livana dəstək göstərməyə sadiq qaldığını təsdiqləyib”, – XİN-in bəyanatında deyilir.
Beyrutda danışıqların yekunlarına dair mətbuat konfransında Məhəmməd bin Əbdülrəhman Al Tani deyib ki, Qətər Livanın yenidən qurulması prosesinə qatılacaq və respublikanın ordusuna dəstək göstərməyə davam edəcək.