Qətər Livan hərbiçilərinə 162 vahid ordu texnikası və zabitlərin maaşlarının ödənilməsi üçün 60 milyon dollar maliyyə yardımı göndərəcək.

Bəyanatda deyilib ki, bu, Livan hərbiçilərinə sabitliyi qorumaq və ölkənin sərhədlərinə nəzarət etmək kimi milli vəzifələrini yerinə yetirməyə imkan verəcək. Sənəddə həmçinin Livan qoşunlarının İsraillə sərhəd boyunca yerləşdirilməsini tələb edən BMT Təhlükəsizlik Şurasının qətnaməsinin yerinə yetirilməsinin vacibliyi vurğulanıb.

Aprelin 15-də ikigünlük səfərlə Qətərə gələn Livan Prezidenti Jozef Aun və Qətər əmiri Təmim bin Həməd Əl-Tani danışıqlar aparıblar. Aun İsrailin Livanda davam edən hərbi mövcudluğunu və İsrail bölmələrini çıxarmaqdan imtina etməsini pisləyib.

İstinadlar Report