Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Tani bu yaxınlarda Doha ilə münasibətləri bərpa edən və embarqonu aradan qaldıran Körfəzin ərəb ölkələrini İranla problemləri müzakirə etmək məqsədilə danışıqlara başlamağa çağırıb.

O, Qətərin bu prosesə hər cür dəstək verməyə hazır olduğunu vurğulayıb.

Qətərin xarici siyasət idarəsinin rəhbəri rəsmi Dohanın bu danışıqların baş tutacağına inandığını deyib. Onun sözlərinə görə, Körfəz Əməkdaşlıq Şurasına daxil olan ölkələrin əksəriyyəti buna müsbət yanaşır.

İstinadlar Report