Qətər Ermənistan vətəndaşları üçün viza rejimini ləğv edib.
Ermənistan mətbuatı bildirir ki, bundan sonra Ermənistan vətəndaşları Qətərə vizasız səfər edə biləcəklər.
Məlumatda qeyd olunur ki, bu barədə qərar Qətərin paytaxtı Dohada Ermənistan prezidenti Armen Sarkisyan və Qətər əmiri Şeyx Tamim bin Həməd əl-Tani arasında keçirilən görüşdə qəbul olunub.
Ermənistan prezidenti Qətərdə Ermənistan səfirliyinin açılmasına görə də Qətər əmirinə təşəkkür edərək bildirib ki, vizanın ləğvi iki dövlətin iqtisadi, mədəni, elmi, təhsil və turizm əlaqələrinin stimullaşdırılmasına müsbət təsir göstərəcək.