Dekabrın 5-də keçiriləcək Qərbi Azərbaycana həsr olunmuş “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda beynəlxalq konfransa qatılmaq üçün Azərbaycana səfər etmiş iştirakçılarla Qərbi Azərbaycan İcmasında görüşlər baş tutub.

Ilk görüşdə İcmanın İdarə heyətinin sədri, millət vəkili Əziz Ələkbərli, İcma sədrinin müavini, millət vəkili Ramil Həsənlə, Xaricdə yaşayan Qərbi Azərbaycan İcmasının üzvləri – Almaniya Azərbaycanlıları Alyansının rəhbəri, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, tibb elmləri doktoru, dosent Nuran Abdullayev, Azərbaycanlı hüquqşünas, politoloq, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, “Qərbi Azərbaycana Qayıdış” təşkilatının rəhbəri Zaur Sadıqbəyli, Şimali Karolina-Qrinsboro Universitetinin Sülh və Münaqişələrin Tədqiqatları Departamentinin dosenti və həmsədri Əli Əsgərov iştirak ediblər.

İcma sədri Əziz Ələkbərli Qərbi Azərbaycana qayıdış istiqamətində xaricdə yaşayan soydaşlarımızın məqsədyönlü fəaliyyətinin böyük önəm daşıdığını bildirib. Sədr qeyd edib ki, bununla bağlı xaricdə yaşayan Qərbi Azərbaycanlıların üzərinə mühüm vəzifə düşür.

İcma sədrinin müavini, millət vəkili Ramil Həsən deportasiyalar nəticəsində öz ata-baba yurdlarından çıxarılan soydaşlarımızın bu insanlıq əleyhinə cinayət nəticəsində dünyanın müxtəlif ölkələrinə də səpələndiyini, bütün bu halların deportasiyaların miqyasının nə qədər geniş olduğunu deməyə əsas verdiyini diqqətə çatdırıb.

İstinadlar Report