
Qərbi Azərbaycan İcması media vasitələrində Fransa ilə Ermənistan arasında “Caesar” özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə kontraktın imzalandığı haqqında yayılan məlumatlarla bağlı bəyanat verib.
Bəyanatda deyilir:
“Fransa Cənubi Qafqaz regionuna soxulmaq üçün orada vəziyyəti gərginləşdirən addımlar atır. 2024-cü il 18 iyun tarixində Fransadan Ermənistana “CAESAR” markalı özüyeriyən artilleriya qurğuları və onlar üçün mərmilərin satışı barədə müqavilə imzalanmışdır.
Silah satışı ilə eyni gündə bir qrup fransız siyasətçisi Fransa prezidentinə müraciət edərək Ermənistana qoşun göndərməyə dair çağırış etmişdir.
Bunun təşkil olunmuş kampaniya olması heç kimdə şübhə doğurmur. Açıq-aydın görünür ki, Fransa regionda təxribat törətməyə və yaranacaq vəziyyətdən sui-istifadə edərək oraya qoşun göndərməyə çalışır”.