Bir qrup amerikan konqresmen və senator ənənələrinə sadiq qalaraq Azərbaycanla bağlı növbəti böhtan mahiyyətli məktubla çıxış etmişlər.

Azərbaycanı “Qarabağa təcavüz etməkdə” ittiham edən birgə məktubun ən absurd tərəfi ondan ibarətdir ki, konqresmenlər və senatorlar işğal altında qalan 8 Azərbaycan kəndini “erməni kəndi” kimi qələmə vermişlər.
Ermənistanın özünün rəsmi səviyyədə 8 kəndin Azərbaycana məxsus olması barədə mövqeyindən sonra konqresmenlər və senatorların belə açıqlaması istehza doğurur. Amerikan konqresmenləri və senatorlarının zavallı durumuna acıyırıq.

İstinadlar Report