“Avropa İttifaqı Ukraynaya 50 milyard dollarlıq kreditin 50%-60%-ni maliyyələşdirəcək və bu, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən mənfəət zəmanəti ilə təmin ediləcək”.

Bunu İtaliyanın iqtisadiyyat və maliyyə naziri Cankarlo Ciorcetti Avropa İttifaqına üzv ölkələrin iqtisadiyyat nazirlərinin görüşündən sonra bildirib.

“Biz ABŞ, Yaponiya, Kanada və Böyük Britaniyanın töhfələrini müzakirə etməyə başlayırıq. Aİ 50 milyard dollarlıq kreditin 50-60%-ni hədəfləyir”, – deyə o qeyd edib.

Qurum rəsmisi aydınlaşdırıb ki, görüş zamanı “Yeddilik Qrupu”nun ötən həftə keçirilən sammitində qəbul edilən qərarlar müzakirə olunub. Nazir izah edib ki, Aİ kvotası hələ də müzakirə olunur.

İstinadlar Report