Avropa İttifaqı 24 fevral 2022-ci ildən Ukraynaya 130 milyard avrodan çox yardım proqramları ayırıb.

Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel məlumat verib.

“24 fevral 2022-ci ildən biz Ukraynaya dəstək üçün 82 milyard avro və ya 83 milyard avro ayırdıq. Daha 50 milyard avro əlavə makromaliyyə yardım paketinə daxildir”, – o, Rada telekanalında deyib.

Daha əvvəl Ukrayna iqtisadiyyat nazirinin müavini Aleksey Sobolev məlumat vermişdi ki, Kiyev fevralın 1-də Avropa İttifaqının sammitində təsdiq edilmiş 50 milyard avro dəyərində yeni dördillik dəstək proqramı çərçivəsində 2024-cü ildə 18 milyard avro almağı planlaşdırır.

İstinadlar Report