
Avropa Komissiyası (AK) Rusiya Federasiyası Mərkəzi Bankına məxsus Qərbin dondurduğu aktivlərin investisiyasından 2,6% məbləğində gəlir əldə etmək imkanını nəzərdən keçirir.
Avropa İttifaqı hesab edir ki, Rusiya Mərkəzi Bankının dondurulmuş 300 milyard dollarlıq ehtiyatlarının təxminən üçdə ikisi Yeddilik Qrupu, Aİ ölkələrində və Avstraliyadadır.
Qəzet xüsusilə qeyd edib ki, 191 milyard avro Belçikada, 21 milyard avro isə adı çəkilməyən başqa bir Aİ ölkəsindədir. Vurğulanıb ki, nisbətən qısa müddətə malik yüksək reytinqli likvid aktivlərə bu milyardlarla investisiya qoymaq, orta hesabla təxminən 2,6% olmaqla əhəmiyyətli illik gəlir əldə edə bilər.