Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Suriyadakı döyüşlərdən narahatlığını bildirib.

O, bu barədə “X” sosial şəbəkəsində yazıb.

“Suriyanın mərkəzi hissəsində baş verən toqquşmalar dərin narahatlıq doğurur. ÜST yaralılara təcili tibbi ləvazimatların çatdırılması və müalicəsi üçün çalışır”, – ÜST rəhbəri qeyd edib.

O vurğulayıb ki, ÜST münaqişə tərəflərini səhiyyə xidmətlərinə hörmətlə yanaşmağa və qorumağa çağırır: “Tibbi xidmət ona ən çox ehtiyacı olanlara çatdırılmalıdır”.

İstinadlar Report