Qəbələ rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun mərkəzi hissəsində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişinlər – 1990-cı il təvəllüdlü Yediyarova Şəfa Ələddin qızı və azyaşlı övladı, 2020-ci il təvəllüdlü Yediyarova Duyğu Elşən qızı xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

İstinadlar Report