Qəbələdə 49 yaşlı kişi itkin düşüb.

Rayon sakini Səyavuş Həmidov dünən özünə məxsus mağazadan çıxıb və geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, qeyd olunan şəxsin itkin düşməsi ilə bağlı Qəbələ Rayon Polis Şöbəsinə məlumat daxil olub. Hazırda onun tapılması istiqamətində axtarış tədbirləri keçirilir.

İstinadlar Qafqazinfo