Bu gün günorta saatlarında Qəbələ şəhərində Mənsur Məmmədovun idarə etdiyi “VAZ-2107”, Rəhim Məmmədovun idarə etdiyi “VAZ-2106” və Ələsgər Mikayılovun sükanı arxasında olduğu “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində ağır xəsarət alan R.Məmmədov aldığı ağır xəsarətlərdən Qəbələ Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Hadisə nəticəsində sürücülərdən Mənsur Məmmədov da xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Məlumata görə, M.Məmmədov polis nəfəridir. Hadisə xidmətdən kənar vaxtı qeydə alınıb.

Fakt araşdırılır.

İstinadlar Report