10 avqust 2020-ci il tarixdə Qəbələ rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev koronavirus infeksiyası (COVİD-19)-la mübarizə tədbirlərinə həsr olunmuş video-konfrans formatında müşavirə keçirmişdir.

Müşavirədə Qəbələ rayon polis şöbəsinin rəisi Nadir Məmmədov, rayon icra hakimiyyətinin məsul vəzifəli şəxsləri, qəsəbə və kənd inzibati ərazi nümayəndələriiştirak etmişlər.

Onlayn-müşavirədə koronavirus infeksiyasının rayon ərazisində yayılmasının qarşısının alınması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.