Məlum olduğu kimi, ötən gün Topaz Premyer Liqasının 13-cü turunun son matçında “Qarabağ” “Qəbələ”ni məğlub edib (2:1) və oyun mübahisəli məqamlarla yadda qalıb.

Klublar arasında yaranan soyuqluq virtual istiqamətdə davam edir. Belə ki, “Qәbәlә”nin rәsmi feysbuk sәhifәsi rəqibi “Qarabağ”ın rәsmi feysbuk sәhifәsini izlәmәyi dayandırıb. Nəticədə komanda Ağdam klubunun nə xəbərlərini görür, nə də hər hansı mübahisəyə qoşulur.

Xatırladaq ki, dünənki oyunun sonuna yaxın “Qəbələ”nin qapısına təyin edilən penalti etiraza səbəb olub. “Qəbələ”lilər bu qərarın hakim səhvi olduğunu iddia ediblər. Əlavə olunan 90+7-ci dəqiqədə isə “Qarabağ” rəqib qapısından ikinci qolu keçirib. Bu da qonaqları əsəbiləşdirib, onlar əlavə vaxtın verilməyinin yersiz olduğunu düşünüblər.

 

İstinadlar Qafqazinfo