Qazla bağlı xəbərdarlıq

Oktyabrın 16-da saat 09:00-dan “Qaz İxrac” İdarəsi “Sulutəpə” Qaz Paylayıcı Stansiyasında bəzi quraşdırma, digər stansiyalarda isə yenidənqurma işləri aparmağı planlaşdırır.

Bu müddət ərzində Binəqədi rayonunun Biləcəri, Xocəsən qəsəbələrində, Şəmkir rayonunun bir neçə yaşayış məntəqəsində qaz təminatında fasilə yaranacaq. Bundan başqa 10:00-dan işlər başa çatanadək Samux şəhərini və rayonun Kolayir, Sərkar və Füzuli kəndlərini təbii qazla təmin edən orta təzyiqli qaz xətti üzərində siyirtmənin əvəzlənməsinə görə adları çəkilən ərazilərdə qaz təchizatında müvəqqəti dayandırmalar olacaq.

Oktyabrın 16-da saat 10:00-dan planlaşdırılan diametri 530 mm olan “Digah-Bilgəh” orta təzyiqli qaz xəttinin bir hissəsinin diametri 500 mm olan polietilen kəmərlə əvəz olunması işləri texniki səbəblərdən təxirə salınıb. Ona görə də Sabunçu rayonunun Pirşağı, Nardaran, Bilgəh qəsəbələri və 2-ci Sovxoz yaşayış massivində qaz təchizatında hər hansı dayandırma olmayacaq.

İstinadlar Qafqazinfo

Qazla bağlı xəbərdarlıq

Oktyabrın 4-də, səhər saat 10:00-dan etibarən Abşeron rayonu Masazır qəsəbəsini təbii qazla təmin edən orta təzyiqli qaz kəməri üzərində quraşdırma işləri aparılacaq və bu zaman qəsəbənin qaz təchizatında fasilələr yaranacaq. 

Saat 10:00-dan etibarən SOCAR-ın “Qaz İxrac” İdarəsi yüksək təzyiqli qaz xəttini mənbəyə birləşdirərkən isə Zərdab rayonunun mərkəzi və bir neçə yaşayış mənqəsinin qaz təchizatı dayandırılacaq. 

Bundan başqa saat 10:00-dan 16:00-dək Lənkəran rayonunun bir neçə yaşayış məntəqəsində “Ordahal-Yardımlı” magistral qaz xəttinin 8-ci km-liyində qaz kəmərinin təhlükəsiz əraziyə köçürülməsi ilə bağlı qaz təminatında fasilələr olacaq.

İstinadlar Qafqazinfo