İsrailli həkim Vətən müharibəsi qazisi Arif Hacıyevin gözünü əməliyyat edərək görmə qabiliyyətini bərpa edib.

Bu “YAŞAT Fondundan məlumat verilib. Bildirilir ki, A. Hacıyev müharibə zamanı aldığı zədədən huşunu itirib, eyni zamanda bir gözündən yaralanıb. İsrailli həkim tərəfindən onun üçqat prosedur əməliyyatı gerçəkləşib.

Qazinin gözünün içərisinə okulyar linza yerləşdirilib və israilli donordan təzə bir kornea (transplantasiya edilmiş göz bəbəyi) köçürülüb.

Əməliyyatdan öncə qazimizin bir gözünün görmə qabiliyyəti tamamilə itib. Həyata keçirilmiş uğurlu əməliyyat nəticəsində qazinin həmin gözünün görmə qabiliyyəti bərpa edilib və 20 faizə yüksəlib. Onun sağalma prosesinin getdikcə daha da yaxşılaşacağı bildirilir.

Qazimiz təşəkkür əlaməti olaraq həkiminə şokolad hədiyyə edib.

Xatırladaq ki, “YAŞAT” Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana tibbi-humanitar yardım məqsədi ilə oftalmoloqlardan ibarət nümayəndə heyəti gəlib.