Milli Məclisin deputatı Nigar Arpadari qazilərin üzləşdiyi problemlərdən danışıb.

Millət vəkili parlamentdəki çıxışında bildirib ki, bu gün müharibədə yaralanmış qazilər müəyyən müəsəssilərdən kağız almaq üçün növbəyə dururlar: “Bu da onlar üçün çətinlik yaradır. Aydındır ki, qurumlar işini prosedura uyğun qurublar. İndiki halda isə bunu sistem halına salmalıyıq.

Yaralalılarımız bilməlidir ki, dövlət onların qayğısına qalır. Bu məqsədlə də ASAN Xidmət modeli yaradılmalıdır. Onlar sənədləri almaq üçün dəfələrlə gedib-gəlməli deyil. Səyyar ASAN və könüllülər xidməti təşkil edilməlidir”.