Türkiyənin Qaziantep şəhərində minik avtomobili və kiçik ticari avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində iki nəfər ölüb, üç nəfər isə yaralanıb.

Bu barədə İHA məlumat yayıb.

“Qəza Qaziantep-Kilis avtomobil yolunun Zeytinli məhəlləsi ətrafında baş verib. Kiçik ticari avtomobil və minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb”, – agentlik bildirib.

Qeyd olunub ki, ölənlərin hər ikisi hadisə yerində keçinib. Yaralılar Qaziantepdəki xəstəxanalara aparılıblar.

İstinadlar Report