Bakıda, Həsən Əliyev küçəsində noyabrın 29-da yol qəzası nəticəsində Qazaxstan vətəndaşı Nübar Kuliyeva ölüb.
Saat 7 radələrində Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Əhmədov Mərdan Qabil oğlu idarə etdiyi “Fiat Doblo” markalı avtomobillə piyada zolağı ilə yolu keçən 1959-cu il təvəllüdlü Nübar Kuliyevanı vurub.
Sonuncu almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.